Alqı-Satqı xidmətləri
Baku Property Service daşınmaz əmlakın alqı-satqısı üzrə müştərilərinə təhlükəsiz, şəffaf və peşəkar xidmətlər təqdim edir. Məqsədimiz alıcı və satıcı arasında prosesi düzgün qurmaq, hüquqi və maliyyə risklərini minimuma endirmək və əməliyyatların problemsiz şəkildə həyata keçirilməsini təmin etməkdir.
Xidmətlərimiz çərçivəsində yaşayış və qeyri-yaşayış obyektlərinin bazar araşdırması, real dəyərin müəyyən edilməsi, sənədlərin yoxlanılması, danışıqların aparılması və müqavilələrin hazırlanması mərhələlərində müştərilərə tam dəstək göstərilir. Hər bir əməliyyat mövcud qanunvericiliyin tələblərinə uyğun və rəsmi qaydada icra olunur.
Peşəkar komandamız alqı-satqı prosesinin bütün mərhələlərində müştərilərin maraqlarını qoruyur, vaxt və maliyyə baxımından ən optimal həllərin tətbiqini təmin edir. Xidmətlər hüquqi və fiziki şəxslər üçün fərdi yanaşma və tam məxfilik prinsipləri əsasında həyata keçirilir.
Baku Property Service olaraq alqı-satqı xidmətlərində etibarlılıq, operativlik və müştəri məmnuniyyətini əsas prioritet kimi qəbul edir, daşınmaz əmlak əməliyyatlarınızı rahat və güvənli şəkildə həyata keçirməyiniz üçün peşəkar tərəfdaş oluruq.